Biryulevoda daha bir dəhşətli qətl (FOTO,VİDEO)

Rusiyanın paytaxtı Moskvanın cənubunda yerləşən Biryulevo rayonunda dəhşətli qətl hadisəsi baş verib.

 

ANS PRESS-in məlumatına görə, İrina Zelenina adlı qadının 2 yaşlı qızı vəhşicəsinə öldürülüb. Çərşənbə axşamı törədilən qətl hadisəsi qadının çoxmərtəbəli binada yerləşən mənzilində baş verib.

Ananın huşsuz vəziyyətdə olan və körpənin cansız bədənini qadının böyük qızı evə qayıdarkən aşkarlayıb. Qadın ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Rusiya İstintaq Komitəsi dərhal cinayətkarın axtarışına çıxıb. Bu dəfə qatil azərbaycanlı yox, elə öz millətlərindən olub. Saxlanılan 22 yaşlı Makar Kalaşnikov zərərçəkmişlərin öz tanışı, daha dəqiq qadının böyük qızı Aleksandranın sevgilisi imiş.

Makar saxlanılarkən törətdiyi cinayəti etiraf edib. Etiraf zamanı tükürpədici faktlar üzə çıxıb. O,ağır küt alətlə ananın və 2 yaşlı qızcığazın başına zərbələr endirib. Uşaq aldığı zərbələrdən yerindəcə keçinib.

Hazırda istintaq Kalaşnikovun cinayəti hansı məqsədlə törətdiyini və qətlin motivlərini araşdırır. Yalnız bundan sonra ona qarşı cinayət işi açılacaq.

Maraqlıdır ki, 25 yaşlı Yeqor Şerbakovun qətlinə görə ayağa qalxan Biryulevo sakinləri, bu dəfə səslərini belə çıxarmayıblar.

 

 

COMMENTS