“Biz Birlik -Sağlam və inklüziv həyat” lahiyəsinin açılış mərasimi baş tutub

“Biz Birlik -Sağlam və inklüziv həyat” lahiyəsinin açılış mərasimi baş tutub

11 oktyabr 2022-ci il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Biz Birik – Sağlam və inklüziv həyat” layihəsinin açılış mərasimi baş tutub.

Respublika Velotrekində baş tutan və ümumilikdə 50-dən çox şəxsin iştirak etdiyi açılış mərasimində 30-a yaxın əlilliyi olan gənc iştirak edərək para-velosiped idmanı haqqında ətraflı məlumat əldə ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan layihınin açılış mərasimində Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri və Para-velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev iştirakçıları və qonaqları salamlayaraq layihə haqqında məlumat verib, idmanın önəmindən, xüsusilə əlilliyi olan gənclərə faydalarından danışıb.

Daha sonra Respublika Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov, Para-olimpiya çempiyonu Elvin Astanov və s. öz çıxışlarında bu kimi layihələrin önəmindən danışıb, əlilliyi olan gənclərin özünə qapanmamalarını, əksinə aktiv fəaliyyətdə olaraq həm özlərində, həm də cəmiyyətə daha çox fayda verə biləcəklərini vurğulayıblar.

Layihənin rəsmi hissəsindən sonra öncədən qeydiyyatdan keçmiş əlilliyi olan gənclər və vətən müharibəsi qaziləri təlim otağına dəvət edilərək para-velosiped üzrə nəzəri təlim həyata keçirilib.

Azərbaycan Para-Velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev və para-velosiped növü üzrə atleti, birinci qrup vətən müharibəsi qazisi Bəhlul Əliyev tərəfindən həyata keçirilən nəzəri təlimdən sonra para-velosiped növü üzrə peşəkar idmançısı Mehman Ramazanzadə tərəfindən əl velosipedlərindən istifadənin praktiki təlimi baş tutub.
Təlimdən sonra iştirakçılar Red Bullun təşkil etdiyi musiqili əyləncə zonasına dəvət edilib.

DOSYE.ORG

COMMENTS