“Bizi təhdid etsəniz..”

“Əgər Qərb bundan sonra da Krıma qarşı təhdidlərlə çıxış edib, sanksiyalar tətbiq etsə, biz onları yarımadaya buraxmayacağıq”.

Axar.az “Ria.ru”ya istinadən xəbər verir ki, bu açıqlama ilə Krım Parlamentinin sədri Sergey Aksyonov çıxış edib.

O, sonuncu xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə Qərb diplomatlarının arzu edilməyən şəxs elan ediləcəklərini bildirib. Aksyonov Qərbin hazırda istənilən vasitə ilə Krıma xələl yetirmək istədiyini söyləyib.

Qeyd edək ki, Sergey Aksyonov Rusiyanın Krımda bir nömrəli adamı hesab edilir. Mətbuat bir müddət öncə onun kriminal keçmişi ilə məlumatlar dərc etmişdi. Bu, daha çox Rusiyanın Krımı özünə anneksiya etdiyi zaman mətbuatda yer almışdı.

COMMENTS