“Bizim bağımız onların zirzəmisi boydadır“ – Manaf gileyləndi

“Bizim bağımız onların zirzəmisi boydadır“ – Manaf gileyləndi

“Biz gündəmdəyik deyə, gözə tez dəyirik. Adamlar var ki, bizim bağımız onların zirzəmisi boydadır. Ancaq onların adları nədənsə heç çəkilmir”.

Bu sözləri şou-biznesin ən zəngin məşhurlarından biri olan Manaf Ağayev ATV telekanalında yayımlanan “Birə-Bir” proqramında qonaq olarkən söyləyib.

Sənətçi onu lüks maşınlarına və villalarına görə tez-tez tənqid edənlərə sərt cavab verib:

“Hər kəs kimi müğənni də istəyir ki, gözəl evi, maşını olsun. Zəhmətlə özümə ev tikdirmişəm. Niyə bunu dillərə dastan edirsiniz? Elə vaxtlarım olub ki, yataqxanada yaşamışam. Bəs, niyə onda demirdiniz ki, bu cür oğlan yataqxanada yaşayır, buna bir ev alıb verək canı qurtarsın. Üzümü bizə bəxtəvərlik verən insanlara tutub deyirəm ki, sən də Allahdan istə, sənə də verəcək”.

“Bizim bağımız onların zirzəmisi boydadır“ - Manaf gileyləndi
“Bizim bağımız onların zirzəmisi boydadır“ - Manaf gileyləndi

COMMENTS