“Mənim pulumu alıb dedilər ki, Təhsil Nazirliyində işləyən İlham Pifrməmmədova çatacaq”. Bu sözləri Dosye.org-a bildirən Sumqayıt şəhər sakini bir daha aldadıldığını bildirir.
Elektron ünvanımıza şikayət ərzəsi ilə müraciət edən vətəndaş saytımız vasitəsi ilə aidiyyətli qurumlardan cavab gözləyir. Bir daha nəzərinizə çatdıraq ki, daxil olan şikayət ərzəsinin nə qədər real olub-olmadığı araşdırılır. Nəzərinizə çatdıraq ki, bu cür hallar dəfələrlə baş versədə nazirlikdən məlumat nə təsdiq, nə təkzib edildi.
Qısa olaraq məlumat verək ki, bir neçə vətəndaşın iddialarına görə Təhsil nazirliyində çalışan və eks nazir Misir Mərdanovun yaxını kimi tanınan İlham Pirməmmədovun yaxını və özünü onun “qara” işlərini həyata keçirən kimi təqdim edən şəxs vətəndaşları aldadaraq onlardan külli miqdarda pul alıb. Və bunun müqabilində orta məktəbdən digər məktəbə “köçürmə” işlərini həyata keçirməli idi.
Lakin sonradan məlum olub ki, “köçürmə” işləri birbaşa nazirliyinin göstərişi ilə imtahan verdikdən sonra həll edilir. Digər bir məlumatda bildirilir ki, nazirliyin daxilində bu kimi qanunsuz işlər bu gündə sərbəst həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz şikayətçinin iddiaları tam araşdırıldıqdan sonra, “köçürmə” klanı kimi ad çıxaran İ. Pirməmmədovun daha bir necə qanunsuz işləri barədə ictimayətə məlumat veriləcək. Araşdırmalarımız davam edir. Bizi izləyin..
Dosye.org
P.S. Vətəndaşların şikayəti əsasında saytımızda yayımlanan məqalə böyük coşqu ilə qarşılandı. Qısa olaraq məlumat verək ki, növbəti yazılarımızda daha iki şikayətçinin müraciəti ilə tanış olacaqsınız.
COMMENTS