BMT qərar verdi: İŞİD-ə qarşı olmayanlara sanksiya…

Suriya və İraqda İŞİD və digər terror təşkilatların artması, beynəlxalq təhlükəsizlik və sülhə təhdid olmaları ilə bağlı ABŞ Prezidentinin başçılığı altında keçirilən yığıncağda BMT TŞ-a təqdim edilən qanun layihəsi yekdilliklə qəbul edilib.

 

Qanun layihəsi Suriya və İraqda döyüşən xarici ölkə vətəndaşları ilə bağlıdır. Qərara görə, terror təşkilatlarına qatılmaq istəyənlərin, böhran içərsində olan ölkələrə səfərlərlərin qarşısı alınmalıdır.

Qəbul edilən mətn məcburi xarakter daşıdığı üçün bütün ölkələrin buna uyğun hərəkət etməsi tələb edilir. Bu qərara əməl etməyən ölkələrə qarşı gücdən istifadə və iqtisadi sanksiyalar tətbiq ediləcək (axar.az).

COMMENTS