Bu gün kişilər arasında boks üzrə yüngül çəkidə (60kq) yarışlar keçiriləcək.
ANS PRESS-in məlumatına görə, Bakı Kristal Zalda baş tutacaq görüşlərdə Azərbaycan təmsilçiləri də iştirak edəcək. Bokçumuz Albert Səlimov saat 15:15-də başlayacaq görüşdə Gürcüstandan olan erməni əsilli idmançı Otar Eronasyanla üz-üzə gələcək. 1/8 final mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmada idmançımız növbəti mərhələyə çıxmaq üçün mübarizə aparacaq.
Azərbaycan idmançılarından Elvin Məmişzadə isə 52 kq çəki dərəcəsində İrlandiyadan Mayls Caseylə görüşəcək. Bu görüş saat 14:15-də başlayacaq.
Hər iki boksçumuz qələbə qazanacağı təqdirdə 1/4 final mərhələsinə vəsiqə qazanacaq.
COMMENTS