“Boko Haram” İŞİD-ə biət andı içdi

Nigeriyadakı “Boko Haram” terror qruplaşmasının daha güclü qruplaşma olan İŞİD-ə sədaqət andı içməsi haqda məlumat yayılıb. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, “Boko Haram”ın istifadə elədiyi titter-akkauntda bununla bağlı audioyazı yerləşdirilib.

Yazıda “cihadçıların qüvvələrini birləşdirmək” haqda danışan səsin “Boko Haram” lideri Əbubəkr Şekauya məxsus olduğu söylənilir.

Əvvəllər bu qruplaşmanın “əl-Qaida” ilə əlaqəli olduğu bildirilirdi. Analitiklər hesab edirlər ki, Nigeriya silahlıları İŞİD-in metodlarından, xüsusən də sosial şəbəkələrdə yayılan videolardakı üsullardan fəal şəkildə istifadə edir.

Musavat.com

COMMENTS