Bölgədə kritik durum: – Ruslar bu ərazilərdə güclərini artırdı

Bölgədə kritik durum: – Ruslar bu ərazilərdə güclərini artırdı

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrini (AFU) Cənubi Donetsk istiqamətində Urojaynı bölgəsində məğlub edərək, taktiki vəziyyəti yaxşılaşdırmağa nail olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 140-a qədər hərbçi olub.

“Vostok” qruplaşmasının bölmələri DXR-in Urojaynı rayonunda Ukrayna Milli Qvardiyasının 31-ci briqadasının birləşmələrini taktiki mövqeləri təkmilləşdirərək atəşə tutublar”, – məlumatda qeyd edilir.

Bundan əlavə, Ukrayna ordusu iki zirehli döyüş maşını, beş avtomobil, Polşa istehsalı olan “Krab” özüyeriyən artilleriya qurğusu və “Rapier” tank əleyhinə silahını itirib.

COMMENTS