Bölgələrdə tələbələrin yataqxana problemi

Mingəçevir şəhərində tələbə yataqxanalarının olmaması həm tələbələr, həm də təhsil müəssilələri üçün çətinliklər yaradır.

 

Dosye.org El TV-yə istinadən xəbər verir ki, tələbələr deyirlər ki, kirayə evlərdə qalmaq onlara maddi cəhətdən sərf etmir. Bu hal həm də vaxt itkisinə səbəb olur.

2 min 296 tələbənin təhsil aldığı Mingəçevir Turizm Kollecinin müəllimi Aydın Rəhimov da tələbələrlə həmfikirdir. Buna baxmayaraq, Mingəçevirdə fəaliyyət göstərən digər ali və orta ixtisas məktəbləri kimi Turizm Kollecinin də tələbələrini yataqxana ilə təmin edə bilmədiyini deyir.

Qeyd edək ki, Mingəçevir şəhərində tələbələrin kirayə ev tapması da asan iş deyil. Xüsusilə oğlanlar bu işdə problemlə üzləşirlər. Xatırladaq ki, Mingəçevirdə Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kolleci fəaliyyət göstərir. Bunlardan yalnız Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının və Mingəçevir Tibb Kollecinin tələbələ yataqxanası var. Lakin həmin yataqxanalarda da məcburi köçkünlər məskunlaşıblar.

COMMENTS