Boliviyada təyyarə məcburi eniş edib

Boliviyada təyyarə məcburi eniş edib

Peruya məxsus Boeing 737 sərnişin təyyarəsi dünən Boliviyanın paytaxtı La-Pas şəhərində məcburi eniş edib.

Trend-in məlumatına görə, təyyarə Peruvian Airlines şirkətinə məxsusdur. Göyərtədə 127 sərnişin var. Məlumata görə, heç bir sərnişin və ya ekipaj üzvü xəsarət almayıb.

Hadisənin səbəbi barədə hələ ki, məlumat verilmir.

Dosye.org

COMMENTS