Bolqarıstan millisi Bakıya gəlir

Bolqarıstan millisi Bakıya gəlir

“Avro-2016″nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığması artıq paytaxtımıza yola düşüb.

 

Dosye.org  Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, rəqibin heyətində itkilərin olmasına baxmayaraq Lyuboslav Penevin komandasının ölkəmizə yüksək əhval-ruhiyyə ilə gələcəyi bildirilir.

Qeyd edək ki, bu gün saat 20:30-da Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penevin mətbuat konfransı, yarım saat sonra isə rəqibimizin mətbuat üçün açıq məşqi keçiriləcək. Azərbaycan – Bolqarıstan oyunu sabah saat 21:00-da başlayacaq.

COMMENTS