Bolqarıstandan İraqa silah yardımı

Bolqarıstan İraqda İŞİD-ə qarşı mübarizədə kürd birliklərinə yardım göndərib.

Bolqarıstan Müdafiə Nazirliyi 6 milyon avro dəyərində silah-sursat göndərildiyini açıqlayıb. Xarici İşlər Nazirliyi isə göndərilən yardımın İraqa çatdığını bildirib.

Qeyd edək ki, Nazirlər Kabineti sentyabrın 18-də İŞİD-ə qarşı aparılan mübarizədə ölkənin silah anbralarından yardım göstərilməsi qərarını vermişdi (axar.az).

COMMENTS