Bomba həyəcanı yaşandı, çamadandan isə “Quran” çıxdı

Antalya şəhərində bomba həyəcanı yaşanıb
Türkiyənin Antalya şəhərində bomba həyəcanı yaşanıb.

ANS PRESS-in məlumatına görə, küçədə qoyulan şübhəli çamadan əhalini təşvişə salıb. Polis əraziyə bomba zərərsizləşdirən mütəxəssis göndərib və ərazi mühasirəyə alınıb.

Şübhəli çamadandan isə müqəddəs Quran kitabı və pal-paltar çıxıb.

Maraqlısı o olub ki, polis çamadandan paltarlar yerə tökülərkən, müqəddəs kitabı əlindən yerə qoymayıb. Həmin polis kitabı öz maşınında aparıb. Çamadanın kimə məxsus olduğunu öyrənmək üçün bölməyə aparılıb.

COMMENTS