Boris Nemtsovun qızı Almaniyada “Deutsche Welle” nəşrində çalışacaq

Qətlə yetirilmiş rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova Almaniyada çalışacaq. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
 
Məlumata görə, Janna Nemtsova  “Deutsche Welle” nəşrinin rus redaksiyasında çalışacaq.
 
“Mən Janna Nemtsovanın  “Deutsche Welle”-də çalışacağına çox şadam. Bu bizim Rusiyadakı nüfuzumuza müsbət təsir edəcək”, deyə “Deutsche Welle” nəşrinin rus redaksiyasının rəhbəri Piter Limburq bildirib.
 
Qeyd edək ki, Almaniyaya köçməzdən əvvəl Janna “RBK TV”-də çalışıb. 

COMMENTS