“Borussiya” Çempionlar Liqasında finala yüksəldi

“Borussiya” Çempionlar Liqasında finala yüksəldi

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

QOL.az xəbər verir ki, yarımfinalın ilk cavab qarşılaşmasında PSJ öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Almaniya təmsilçisi 1-ci matçda olduğu kimi 2-ci görüşdə də 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər cavab görüşündə sabah “Real” “Bavariya”nı qəbul edəcək. Bu komandaların ilk oyununda isə 2:2 hesabı qeydə alınmışdı.

7 may

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsinin cavab oyunu

23:00 PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) – 0:1

Qol: Hummels, 50
İlk oyun 0:1

8 may

23:00.”Real” (İspaniya) – “Bavariya” (Almaniya)

İlk oyun – 2:2

COMMENTS