Bu gün Çempionlar Liqasında yarımfinalın növbəti ilk oyunu keçirilib.
QOL.az xəbər verir ki, Dortmund “Borussiya”sı PSJ-ni qəbul edib. “Siqnal İduna Park”da oynanılan matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu isə 36-cı dəqiqədə Nikolas Fülkruq vurub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü mayın 7-i olacaq.
Əlavə edək ki, yarımfinal mərhələsinin dünən keçirilən ilk matçı – “Bavariya” (Almaniya) – “Real” (İspaniya) görüşü heç-heçə yekunlaşıb – 2:2.
1 may
Çempionlar Liqası, yarımfinalın ilk oyunu
23:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) – 1:0
Qol: Nikolas Fülkruq, 36
Baş hakim: Entoni Teylor (İngiltərə)
30 aprel
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) – 2:2
COMMENTS