Böyük Britaniyada sərt karantin rejimi bərpa edilir

Böyük Britaniyada sərt karantin rejimi bərpa edilir

Böyük Britaniyada yenidən 2 həftəlik karantin rejimi tətbiq olunacaq.

Teleqraf.com xəbər verir ki, ölkədə son həftələrdə koronavirusa yoluxma artıb.

Hökumət qaydalarına əməl olunmadığı təqdirdə, ikinci dəfə sərt karantin rejiminin tətbiq oluna biləcəyini açıqlayıb.

Ölkədə bölgələr üzrə lokal karantin qaydaları tətbiq olunsa da, virusa yoluxmada artım baş verərsə, daha sərt tədbirlər görülə bilər.

Növbəti həftələrdə London şəhərində yenidən karantin rejiminin tətbiq olunması üçün Səhiyyə naziri və şəhərin meri arasında görüşlər keçirilir.

Qeyd edək ki, ötən şənbə günü Böyük Britaniyada 4422 nəfər koronavirusa yoluxub, onlardan 27-si həyatını itirib.

DOSYE.ORG

COMMENTS