“Böyük Dəbilqə”: 8 cüdoçumuz mübarizəyə qoşulacaq

“Böyük Dəbilqə”: 8 cüdoçumuz mübarizəyə qoşulacaq

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

DOSYE.ORG xəbər verir ki, ilk gündə Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulacaq.

Onlardan 4-ü qadın, 4-ü kişi olacaq. Yalnız Acelya Toprak və Ruslan Paşayev öz çəki dərəcələrində yarışa 1/32 finaldan qoşulacaqlar. Digər cüdoçularımız isə 1/16 finaldan çıxış edəcəklər.

1/16 final: Leyla Əliyeva (48 kq) – Katarina Tanzer (Avstriya)

1/16 final: Gültac Məmmədəliyeva (52 kq) – Leonye Qonzales (Fransa) / Binta Ndiaye (İsveçrə) cütünün qalibi

1/32 final: Acelya Toprak (57 kq) – Nino Loladze (Gürcüstan)

1/16 final: Fidan Əlizadə – İrina Zueva (AİN) / Qvantsa Mtçedlişvili (Gürcüstan) cütünün qalibi

1/16 final: Turan Bayramov (60 kq) – Kvanq Cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) cütünün qalibi

1/16 final: Balabəy Ağayev (60 kq) – Vicay Kumar Yadav (Hindistan)

1/32 final: Ruslan Paşayev (66 kq) – Gigi Otyaşvili (Gürcüstan)

1/16 final: Rəşad Yelkiyev (66 kq) – Olu Kubaniçbek Aybek (Qırğızıstan)

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.

COMMENTS