Azərbacan Birinci divizionunun 24-cü turunda “İmişli” – “Qarabağ-2” görüşü yerli futbolsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qol.az xəbər verir ki, İmişli şəhər stadionunda keçirilən görüşdə bir neçə tribuna tam dolub. “İmişli”nin uzun müddət sonra yenidən öz meydanında oynaması azarkeşləri stadiona toplayır.
Sözügedən qarşılaşma isə “Qarabağ-2″nin minimal hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “İmişli” bu mövsüm ilk dəfə İmişli şəhər stadionunda oyun keçirib. Komanda arenanın öt örtüyünün əlverişsiz şəraitdə olmasına görə ev matçlarını Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirirdi.
COMMENTS