Böyükağa Hacıyevə ölkə xaricindən təklif var

Böyükağa Hacıyevə ölkə xaricindən təklif var

Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev ölkə xaricində çalışa bilər.

Bu barədə Qol.Az saytına təcrübəli mütəxəssisin özü məlumat verib.

B.Hacıyev İran və Rusiya klubları ilə danışıqlar apardığını bildirib: “Ola bilər ki, ölkəni tərk edim. Xarici klublarla da danışıqlar gedir. Artıq bu, reallıqdır. Əgər Azərbaycanda adlı-sanlı klubdan təklif alsam, birinci onun üzərində işləyəcəm. Bununla belə, İran və Rusiyada da çalışmaq imkanım var”.

Qeyd edək ki, Böyükağa Hacıyevin son komandası Bakının “Neftçi” klubu olub.

COMMENTS