Böyükağa Hacıyev: “Bu “Partizan” iki il əvvəlkindən qat-qat güclüdür”

Böyükağa Hacıyev: “Bu “Partizan” iki il əvvəlkindən qat-qat güclüdür”

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Partizan” – “Neftçi” matçı öncəsi mətbuat konfransı baş tutub.

Qol-Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyun haqda fikirlərini bildirib.

 

Təcrübəli mütəxəssis onlara tanış rəqib olan “Partizan” haqda xoş sözlər söyləməklə yanaşı komandasına inandığını da vurğulayıb: “Partizan”ı yaxşı yanıyırıq, ciddi rəqibdir, güclü futbolçuları var. Bu rəqiblə 2 il əvvəl qarşılaşmışdıq. Üstəlik, komandanın son oyunlarını da izləmişəm. Bu “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdür. Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər sabah maraqlı qarşılaşmanın şahidi olacaqlar”.

Qeyd edək ki, mətbuat konfransından sonra “Neftçi”nin məşqi baş tutub.

COMMENTS