Böyükağa Hacıyev: “Neftçi”də bütün futbolçular qol vurur”

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində

 

“Partizan”la keçiriləcək cavab matçı öncəsi təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

– Sabah “Neftçi” bəlkə də tarixində ikinci vacib oyununa çıxacaq. “Partizan” olduqca yaxşı komandadır. Çox təəssüflər olsun ki, hərdən mətbuatdan oxuyurduq ki, “Partizan”ın maliyyə problemi var. Ancaq bu gün “Partizan”ın çarter reysi ilə Bakıya uçmağı hər şeydən xəbər verir. İlk görüşdə “Partizan”a oyunu hədiyyət etdik. Fikir verin, bir oyunda dörd qol vurduq, ancaq uduzduq. Sabah həmin səhvlərə yol verməyəcəyəik. Karlos Kardozo ilk oyundakı boşluqların olmasına imkan verməyəcək. Komandamız çox ciddi hazırlaşır. Sabah azarkeşlərdən böyük dəstək gözləyirəm. İnanıram ki, “Neftçi”sevərlər bizi layiqincə dəstəkləyəcək.

 

– Serbiyadakı oyunda “Neftçi”nin müəyyən futbolçuları məsuliyyətsizlik etdi. Bu özbaşınalıqların qarşısını almısınız?

 

– Siz qətiyyən bundan narahat olmayın. Hər bir məşqçi rəqibi analiz edəndə boşluqları axtarır. Bilirdik ki, “Partizan”ın hansı çatışmazlıqları var. Deniz Silva bundan istifadə etdi. Serbiyadan qayıdtıqdan sonra həmin oyuna 5-6 dəfə baxmışam. Əgəgr qapıçımız bir qədər inamlı oynasaydı, nəticə tam fərqli olacaqdı. Əmin olun ki, ilk oyunu tam analiz etmişik. Bu axşam futbolçularımızın hamısının səhvini üzlərinə deyəcəm.

 

-“Neftçi” qapanan komandalara qarı oynamaqda çətinlik çəkir. Bunu ölkə çempionatında da görürük. Yəqin ki, sabah “Partizan” da qapalı oynayacaq. Bunun üçün bir tədbiq görmüsünüz?

 

– Avropa futbolu başqadır. Bütün futbolçuların və mənim gələcək reytinqim sabahkı oyundan çox asıldır. Mən indi taktika açıqlamaq istəmirəm. Ancaq sabah meydana iki hücumçu ilə də çıxa bilərik. Çalışacaqğıq ki, sabah yeni bir taktika ilə oynayaq. Gəlin, sabaha qədər gözləyək. “Neftçi” elə bir komandadır ki, bütün futbolçuları qol vurur. Nfor “Çixura”ya 3 qol vurdu. Yəni bizdən hər şey gözləmək olar.

COMMENTS