Britaniya ordusu İŞİD-lə hind musiqisi ilə döyüşəcək

Britaniya xüsusi təyinatlıları İŞİD döyüşçüləri ilə hind musiqisi ilə mübarizə aparacaq.

Avropa.info xəbər verir ki, psixoloji müharibə strategiyası  İŞİD-çilərin  diqqətinin pozulmasına yönəldilib. Bu ideyanı Pakistan əsilli bir zabit ortaya atıb. Onun dediyinə görə, İŞİD-çilər musiqini dinlə yolverilməz saydıqlarına görə, bu onları özündən çıxaracaq və diqqətlərini pozacaq.

Qeyd edək ki, əhalisinin əksəriyyəti müsəlman olan Pakistanın qatı mühafizəkar kəsimlərində musiqi yüngülbeyinlilik və dinə zidd sayıldığı üçün qadağan olunub.

Dosye.org

COMMENTS