Britaniya səfirinin Bakıdan Kremlə möhtəşəm mesajı – Foto

Ötən gün Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi Bakıya gəlib və Şəhidlər Xiyabanını ziyarət edib.

DOSYE.ORG xəbər verir ki, görüşdən Böyük Britaniyanın Azərbaycandakı səfirinin paylaşdığı foto gündəmə çevrilib.

Belə ki, səfir Cems Şarp nazirin Şəhidlər Xiyabanındakı fotosunu paylaşaraq azərbaycanca belə bir qeyd yazıb:

“Silahlı Qüvvələr Naziri Ceyms Heppi bu gün Şəhidlər Xiyabanını ziyarət edib və Kremlin göstərişləri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdi. O şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər”.

Sosial şəbəkədə sürətlə yayılan bu fotonun əslində Brtaniyanın Kremlə mesajı olduğu iddia olunur.

DOSYE.ORG

COMMENTS