Britaniya Ukraynaya 1600-dən çox silah göndərəcək

Britaniya Ukraynaya 1600-dən çox silah göndərəcək

Britaniya Ukraynaya 1600-dən çox tank əleyhinə silah və çoxlu sayda artilleriya silahı tədarük edəcək.

DOSYE.ORG APA-a istinadən xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Vallas deyib.

O, qeyd edib ki, Britaniya Ukraynanı, həmçinin, batareyaya qarşı radar sistemləri, yüzlərlə dron və 50 mindən çox patron ilə təmin edəcək.

“Beynəlxalq tərəfdaşlarımızla birlikdə biz Ukraynanın özünü işğaldan müdafiə etməsi üçün lazımi silahlara malik olmasını təmin edəcəyik”, – deyə müdafiə naziri bəyanatında bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson ötən ay Ukraynaya 1 milyard funt-sterlinq (1,2 milyard dollar) hərbi dəstək vəd edib.

COMMENTS