Brüssel polisi iki şübhəli şəxsi saxlayaraq Avropa Komissiyasının ofisində törədiləcək terror aktının qarşısını alıb.
“Frans-Press” agentliyinin yaydığı xəbərə görə, Belçikanın və Niderlandın hüquq-mühafizə orqanları son bir neçə ay ərzində Brüsseldə və Haaqada bir neçə şübhəli şəxsi həbs edib və onların Suriya və İraqda döyüşən İŞİD terrorçuları ilə əlaqələri üzə çıxıb.
Bildirilir ki, həbs olunanlar arasında Haaqanın iki sakini də var. Onlar bir sıra hücum aktları planlaşdırırmışlar. Terrorçuların hədəflərindən biri də Avropa Komissiyasının mənzil-qərargahı olub. O da məlum olub ki, terrorçular törədəcəkləri terror aktında bacardıqca daha çox insan öldürmək niyyətində olublar.
Musavat.com
COMMENTS