Sabah milli komandamız “Avro-2016”nın seçmə mərhələsində səfərdə Bolqarıstanla qarşılaşacaq.
Qol.Az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki bu gün oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb
“Oyuna ciddi hazırlaşmışıq. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqibin sürətli hücumçuları var. Bilirik ki, bizə çox çətin olacaq. Ancaq oyuna hazırıq”.
– Adətən oyundan öncə start heyəti açıqlayırsınız.
– Üç mövqedə dəyişiklik edəcəyik. Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Maksim Medvedyev, Rəşad Sadıqov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Elnur Cəfərov, Ruslan Qurbanova start heyətdə şans verəcəm.
– Bolqarıstanlı azarkeşlər sabahkı oyuna az maraq göstərir. Bu, Azərbaycan millisinin səfərdən xalla dönməsinə nə dərəcədə kömək edəcək?
– Biz futbolu azarkeşlər üçün oynayırıq. Əgər bilet az satılıbsa, buna təəssüf edirik.
– Xorvatiya ilə oyundan sonra rəqib komandanın baş məşqçisi istefaya göndərildi. Sabahkı oyunla da digər həmkarınızı yola sala bilərsiniz?
– Bu barədə fikirləşmək istəmirəm. Mən hər bir oyunu udmaq istəyirəm. Amma kimin istefa verəcəyini fikirləşmirəm. Ümid edirəm ki, nəticədən asılı olmayaraq Petev işinə davam edəcək. Çünki o Bolqarıstan millisinə yeni təyin olunub. Biz isə qələbə qazanmaq istəyirik.
– Rahid Əmirquliyevin xeyli zəifləmiş “Xəzər Lənkəran”da oynaması onun milli karyerasına necə təsir edəcək?
– Rahidlə bu barədə bir neçə dəfə söhbət etmişəm. Mən milli komandamın məşqçisiyəm. Mənim üçün Rahidin harda oynamasının fərqi yoxdur. Nə qədər ki, Azərbaycan millisini çalışdırıram, Rahid yığmada oynayacaq.
COMMENTS