“Bu dəfə ilk 20 dəqiqədə “yatmayacağıq” – “Partizan”ın futbolçusu

“Bu dəfə ilk 20 dəqiqədə “yatmayacağıq” – “Partizan”ın futbolçusu

“Mövsümün əvvəlində əsas hədəfimiz Avropa Liqasının qrup mərhələsində oynamaq idi.

 

Lakin biz mübarizəyə Çempionlar Liqasında başladıq. Düşünürəm ki, hər şey özümüzdən asılıdır. Meydançada necə oynasaq, hesab da ona uyğun olacaq”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri “Partizan” klubunun yarımmüdafiəçisi Petar Qrbiç Serbiya mətbuatına açıqlamasında deyib.

 

Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə cavab qarşılaşması haqda fikirlərini bölüşən təcrübəli futbolçu “Neftçi”nin təhlükəli rəqib olduğunu bildirib: “Bizi çətin oyun gözləyir.

 

“Neftçi” ilk oyunda nə qədər təhlükəli rəqib olduğunu göstərdi. Oyuna hazırıq və matç saatını gözləyirik. Belqraddakı oyundan sonra bizim öz səhvlərimizi analiz etmək üçün 7 gün vaxtımız olub.

“Partizan” təcrübəli komandadır. Bakıda daha yaxşı oynamağa çalışacağıq. Bizi heç-heçə də qane edəcək.

 

Ancaq qələbə qazanmağa çalışacağıq. Öz oyunumuzu oynamalıyıq. “Neftçi”nin hücum xətti təhlükəlidir. Baş məşqçimiz bu barədə bizə xüsusi tapşırıqlar verib. Ona görə problem olacağını düşünmürəm. Ümid edirəm ki, komanda daha öncəki oyunlarda olduğu kimi ilk 20 dəqiqədə “yatmayacaq”. Yalnız öz oyunumuz haqda düşünməliyik”.

 

Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu bu gün, saat 21:00-da başlayacaq. Bu komandalar arasında Belqradda keçirilən ilk oyunda Serbiya təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb.

COMMENTS