“Bu dünyadan, o dünyaya”- Elman Nigaran

QAYIDACAQSAN !

Biz yenə görüşdük, görüıdük belə,
Bir sözü gətirmək istədim dilə.
Özün düşünərək hər şeyi belə,
Mənim həyatıma qayıdacaqsan.

Bu qoca dünyada gəlsən imana.
Qapılmayacaqsan saxta gümana.
Sevgi yollarında düşsən dumana,
Mənim həyatıma qayıdacaqsan.

Şeytandır insanı saldıran tora,
Arxanca sürünür qaraba-qara.
Şeytanı qəlbindən qovandan sonra,
Mənim həyatıma qayıdacaqsan.

Leyliyə məhəbbət verirbsə qəhər,
Nə üçün məcnunu yandırır kədər.
Leyli və Məcnunu oxusan əgər,
Mənim həyatıma qayıdacaqsan.

Dərindən düşünsən bir gün özündə,
Saçıma dən saldı acı sözündə.
Niyə nikbin-nikbin deyir gözündə,
Mənimhəyatıma qayıdacaqsan?

Biçarə and içib coşan qanına,
Mələklər dözməyir onun halına.
And olsun Tanrının əziz adına,
Mənim həyatıma qayıdacaqsan.

BİLƏCƏK

Səni çox sevdiyimi hər tərəf, hər yan biləcək,
Bu da azmış kimi ey gül, bunu nadan biləcək.

İndi sevməkdə çətin sevməmək ondanda çətin,
Sevginin paklığını tək qanan insan biləcək.

Nə olar verməginən Məcnunuva dərdi qubar,
Verdiyin iztirabı qəlbində şeytan biləcək.

Yazdığım naməni alsa oxusa tez güləcək,
Duyacaq çəkdiyimi, zənn edib asan biləcək.

Allahın verdiyi qadınlar əmanətdir bizə,
Axır-əvvəl bunu hər bir cavan oğlan biləcək.

Daha bəsdir gözəlim son nəfəsimdir ölürəm,
Günahı söyləginən Elman Nigaran biləcək.

BU DÜNYADAN O DÜNYAYA

İstəməzdim gedərsən xar, bu dünyadan o dünyaya,
Getməlidir səninlə ar, bu dünyadan o dünyaya.

Ey insanlar, gəl uymayın var- dövlətə, naz- nemətə,
Kiminlə bir gedibdir var, bu dünyadan o dünyaya.

Mənimdə öz niyyətim var, öz arzum var, diləyim var,
Əlləri ilə aparsın yar, bu dünyadan o dünyaya.

Kimsə indi söyləməsin əhli haldı şairimiz,
Hərdən gedir məsti xumar, bu dünyadan o dünyaya.

Elman, səndə nigaransan bu dünyanın hər işindən,
Gedəndə getmə intizar, bu dünyadan o dünyaya.

COMMENTS