Bu gecə 5 nəfər dəm qazından zəhərləndi

Bu gecə 5 nəfər dəm qazından zəhərləndi

Bu gecə dəm qazından zəhərlənmə faktlarını təqdim edir:
1. Xocasən qəsəbəsində 45 yaşlı qadın dəm qazından zəhərlənib.
Yaşadığı evdə dəm qazından zəhərlənən 1977-ci il təvəllüdlü Təhməzova Natəvan Təhməz qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
2. Bakıxanov qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 1997-ci il təvəllüdlü Bünyadzadə Səma Bəhruz qızı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
3. Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1957-ci il təvəllüdlü Quliyeva Saraxanım Nazir qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
4. Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini 1984-cü il təvəllüdlü N.Əmrahova və onun qızı 2006-cı il təvəllüdlü R.Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumatına görə, ana və övladı yaşadığı evdə dəm qazından zəhərləniblər.
DOSYE.ORG

COMMENTS