Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılacaq.
Qol.az xəbər verir ki, 9-cu turda “Qalatasaray” evdə “Beşiktaş”ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək.
Bu komandalar arasında keçirilən son matçda “qara qartallar” evdə “aslanlar”a 3:1 hesabı ilə qalib gəliblər.
Ötən tur isə “Qalatasaray” səfərdə “Antalyaspor”u məğlub edib (2:0), “Beşiktaş” öz meydanında “İstanbulspor”dan üstün olub (2:0).
Qeyd edək ki, hazırda turnir cədvəlində “Qalatasaray” 22 xalla 2-ci, “Beşiktaş” isə 16 xalla 4-cüdür.
Türkiyə Superliqası, 9-cu tur
20:00. “Qalatasaray” – “Beşiktaş”
Baş hakim: Halil Umut Meler
“Rams Qlobal Stadionu”
COMMENTS