Bu gün nə qədər yoluxma olub?

Bu gün nə qədər yoluxma olub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 979 yeni yoluxma faktı qeydə alınıb, 7 198 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 779 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 749 524 nəfər müalicə olunaraq sağalıb, 9 307 nəfər vəfat edib, aktiv xəstə sayı 20 952 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 506, ötən müddət ərzində isə ümumilikdə 6 511 864 test aparılıb.

DOSYE.ORG

COMMENTS