“Bu məğlubiyyəti faciəyə çevirməməliyik” – Vaqif Cavadov

“Bu məğlubiyyəti faciəyə çevirməməliyik” – Vaqif Cavadov

“Rusiya ilə oyun bizim üçün vacib idi. Çünki biz “Avro-2016″nın seçmə mərhələsinə hazırlaşırıq. Buraxılan iki erkən qolun oyuna təsiri oldu.

 

Bəli, nəticə bizim pis oyunumuzdan xəbər verir. Ancaq mən Azərbaycan yığmasının bu görüşdə pis oynadığını deməzdim. Çünki biz mübarizə apardıq, xüsusilə də ikinci hissədə”.

 

Qol.Az-ın “R-Sport”a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov Rusiya ilə keçirilən yoldaşlıq matçından sonra deyib.

 

Millimizin forvardı bu məğlubiyyəti faciəyə çevirməməli olduqlarını bildirib: “Düşünürəm ki, bu məğlubiyyəti faciəyə çevirməməliyik.

 

Əsas sentyabrın 9-da qarşılaşacağımız Bolqarıstanla seçmə mərhələ oyunudur. Bu görüşə hazırlaşmaq üçün hələ vaxtımız var.

 

Həmin oyuna fərqli motivasiya ilə çıxacağıq. Bu futboldur. Bəzən belə məğlubiyyətlər ola bilər, ancaq həyat davam edir”.

 

Qeyd edək ki, yoldaşlıq görüşündə Rusiyaya 0:4 hesabı ilə uduzan millimiz sentyabrın 9-da “Avro-2016″nın seçmə mərhələsi çərçivəsində evdə Bolqarıstanla qarşılaşacaq.

COMMENTS