“Bu, mənim üçün ən böyük məsuliyyətdir”

“Bu, mənim üçün ən böyük məsuliyyətdir”

Xalq artisti Məleykə Əsədova seriallara təklif alıb

 

Dosye.org bildirir ki, axşam.az -ın məlumatına görə, aktrisa təkliflərdən heç birini qəbul etməyib. O, bütün fikrini teatra ayırdığını və sevənləri ilə yalnız tamaşalarda görüşəcəyini deyib:

“İlyas Əfəndiyevin “Mənim günahım” adlı əsəri üzərində yeni məşqlər edirik. Bütün fikrim o tamaşadadır. Bu arada bir neçə seriala təklif almışam, amma qəbul etmirəm. Mənim üçün teatr daha önəmlidir. Bir tamaşanı təhvil verərkən bütün fikrimi ona ayırıram. Bu, mənim üçün ən böyük məsuliyyətdir. Hələ seriala çəkilmək zamanı gəlməyib. Vaxtı çatanda mən də yerli seriallarda görünəcəm”.

COMMENTS