Bu məşhur avtomobil şirkəti istehsalı azaldır

“Ceneral Motors” şirkəti Şimali Amerikada avtomobil istehsalını xeyli azaltmaq və satış səviyyəsi aşağı olan bəzi avtomobil modellərinin istehsalını tamamilə dayandırmaq niyyətindədir.

Dosye.org  xəbər verir ki, şirkət öz istehsalını daha geniş restrukturizasiya edəcəyini açıqlamağı, habelə elektriklə və avtonom işləyən robot-avtomobillərin istehsalına daha çox diqqət yetirməyi planlaşdırır.

“Ceneral Motors” və başqa avtomobil istehsalçıları, habelə təchizatçılar üçün xərclərin azaldılması zərurəti dünyada ənənəvi sedanlara tələbat azaldıqdan sonra yaranıb. “Ceneral Motors”dan bildiriblər ki, idxal olunan polada Tramp administrasiyası tərəfindən bu il tətbiq edilən tariflər şirkətə 1 milyard dollara başa gəlib. Avtomobil istehsalçısının bəzi modellərin istehsalını ixtisar etmək qərarı Kanadada avtomobilyığma zavodunun fəaliyyətinə xeyli təsir göstərəcək. Kanada avtomobil istehsalçıları həmkarlar təşkilatlarının çoxunu təmsil edən “Unifor” həmkarlar ittifaqı nümayəndələrinin noyabrın 25-də verdikləri məlumata görə, “Ceneral Motors”dan bildiriblər ki, 2019-cu ilin dekabrından sonra Oşava şəhərindəki zavoda istehsal üçün heç bir model ayrılmayacaq.

“Ceneral Motors”un Oşavadakı zavodunda hazırda 2500 adam çalışır. Zavodda “Chevrolet Impala” və “Cadillac XTS” markalı sedanlar istehsal olunur.

Dosye.org

COMMENTS