Bu, Qarabağı Azərbaycandan uzaqlaşdırmaq və Rusiyaya daha möhkəm bağlamaq məqsədilə həyata keçirilir-Əli Kərimli

Bu, Qarabağı Azərbaycandan uzaqlaşdırmaq və Rusiyaya daha möhkəm bağlamaq məqsədilə həyata keçirilir-Əli Kərimli

“Rusiya “sülhməramlıları” xalqımıza yeni “sürprizlər” hazırlayır. Son vaxtlar az qala hər gün Qarabağın işğal altındakı hissəsindən həyacanlı, dövlət maraqlarımızı təhdid edən xəbərlər gəlir. Ancaq biz toplum olaraq sanki bu xəbərləri eşitmirik”.

BUTA.WS-in xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

Əli Kərimli əlavə edib: “Saytlar yazırlar ki,  “sülhməramlıların” Qarabağda süni şəkildə yaratdığı “rus icmasına” və hətta orada yaşayan ermənilərə də  Rusiya pasportları verilməsinə başlanılıb. Suqovuşandan Kəlbəcərə gedən Azərbaycan mülki və hərbi maşın karvanlarının qarşısını təqribən 200 nəfər mülki geyimli erməni kəsib. Rusiya “sülhməramlılarının” müdaxiləsi də guya nəticə verməyib. Azərbaycanlılardan ibarət maşın karvanı yenidən Suqovuşana qayıtmalı olub. Ermənistanın ombudsmanı Qarabağa gəlib. Nəinki separatçıların rəhbərlərilə görüşüb, hətta tamamilə qanunsuz olaraq Laçın rayonunun Zabux kəndində məskunlaşmış erməni əhaliyə də baş çəkib. 2021-ci il ərzində Xocalını tikinti meydançasına çevirən, orada çoxsaylı yaşayış və inzibati binalar tikən erməni separatçıları indi də Şuşanın Malıbəyli kəndini tikinti meydançasına çeviriblər. Malıbəylidə eyni vaxtda 15 dördmərtəbəli  bina evləri tikirlər.  Hərbçilərimizin gözü önündə erməni separatçılar təmas xətti boyu səngər qazıb, istehkamlarını gücləndirir… İndi siz deyin, eyni vaxtda bu qədər anti-Azərbaycan tədbirin baş verməsi təsadüfi sayıla bilərmi? Heç bir şübhə yoxdur ki, Rusiya “sülhməramlılarının” birbaşa rəhbərliyilə həyata keçirilən bu tədbirlər Qarabağdakı erməni separatçılarının mövqeyini gücləndirmək, Qarabağı Azərbaycandan uzaqlaşdırmaq və Rusiyaya daha möhkəm bağlamaq məqsədilə həyata keçirilir. Qarabağda hər gün böyüyən təhlükə görməzliyə vurulmamalıdır”.

COMMENTS