“Açıq oyu getdi. Səfərə qələbə üçün gəlmişdik. Çox vacib üç xal qazandıq”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin kapitanı Flavinyo “Qəbələ”yə qalib gəldikləri oyundan (3:1) sonra deyib.
Braziliyalı yarımmüdafiəçi növbəti turda “Qarabağ”la qarşılaşacaqları oyun haqda da danışıb: “Bu oyunda mütləq qalib gəlməliyik. Düzdür, aramızda 10 xal fərq var. Ancaq buna görə komandamızda təzyiq olmamalıdır.
Flavinyo hələ də çempionluq şanslarının qaldığını bildirib: “Biz çempionluq şansımızın böyük hissəsini AZAL-la oyunda itirdik. Amma bizim “Qarabag”la aramızda 10 xal fərq olmağı onların çempion olacaqları demək deyil. Bizdən başqa “İnter” də çempionluğa iddialıdır. Ola bilməz ki, “Qarabag” qarşıdakı oyunlarda xal itirməsin”.
COMMENTS