“Hər şeyin çoxu ziyandır” deyimi təkcə atalar sözü deyil. Bəzi qidalar həddindən artıq miqdarda istehlak edildikdə öldürə bilər.
Publika.az həddindən artıq istehlak edildikdə zəhərləyən və öldürən qidaları təqdim edir:
Yetişməyən şaftalı və ərik
Həddindən artıq istehlak edildikdə ishal kimi xəstəliklərə səbəb ola bilər. Ərik isə böyrəklər pis təsir edir. Allergik reaksiyalara da səbəb ola bilər.
Banan
Kaliumla son dərəcə zəngin olan bananın həddindən artıq istehlakı ürək və əzələ zəifliyinə səbəb ola bilər.
Qəhvə
Gündə 3 stəkandan çox qəhvə içmək inkişafa mənfi təsir göstərə bilər. 5 stəkandan çox qəhvə istehlakı osteoporoza səbəb olur.
Duz
Həddindən artıq duz istehlakı qan təzyiqinə təsir göstərir. Orqanizmdə artıq su saxlamağa, ürək çatışmazlığına və böyrək xəstəliklərinə səbəb olur.
Şokolad
Şokolad həddindən artıq istehlak edildikdə böyrəklərə, beyin funksiyalarına və ürəyə zərər verir.
Su
Çox su içmək böyrəklərin həddindən artıq işləməsinə səbəb olur. Bədənin ehtiyac duyduğu natrium və kalium kimi bir çox mineralın tarazlığını pozur.
Aysel Şahmar
COMMENTS