“Bu səhvləri 7 ildir ki, düzəldə bilmirəm” – Foqts

Milli komandamızın baş məşqçisi Berti Foqts sabah “Avro-2016”nın seçmə mərhələsində Xorvatiya ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

– Xorvatiya ilə oyunda xal qazanmaq üçün daha çox şansımız var?

 

– Mən Braziliya və Meksikaya qarşı onların oyununu izləmişəm. Komandama onlara qarşı oynamaq çətin olacaq.

 

– İtaliya ilə oyundan sonra komandada bərpa prosesi necə gedib?

 

– Oyundan sonra bərpa prosesi keçdik. Bu gün 1 məşq keçəcıyik. Əlimizdən gələni edəcəyik ki, yaxşı çıxış edək. Xorvatiya yığması belə bir hala öyrəşib. Onlar Avropanın top komandalarında çıxış edirlər. 2 gündən bir oyun keçirə bilirlər

– İtaliyadakı oyundan 2 gün keçib. Palermoda xal almaq üçün bizə nə çatmadı?

 

– Biz həmin oyunda 2 kobud səhvə yol verdik. Belə komandalar bu cür kobud səhvləri bağışlamır. Belə səhvləri Bolqarıstana qarşı da elədik. Təcrübə baxımdan belə səhvlərə yol verməməliyik.

– Sabahkı oyuna xüsusi hisslərlə hazırlaşırsınız? Çünki 1998-ci ildə Xorvatiya ilə oyun sizin son rəsmi matçınız idi…

 

– 1998-ci ildə bizim Xorvatiyaya qarşı oyunumuz olub. 22 il Almaniya Futbol Federasiyasında çalışmışdım. Ona görə mən ordan getmək qərarına gəldim.

– Son dəqiqələrdə və standart vəziyyətlərdən top buraxırıq. Bunun üzərində iş gedirmi?

 

– Bolqarıstan və İtaliya ilə oyunlarda son dəqiqələrdə top buraxmışıq. Bu səhvləi 7 il ərzində düzəldə bilmərəm. Bu klublarda həll olunmalıdır.

 

– Kamran Ağayev qələbə qazana biləcəklərini bildirib…

 

– Hər bir insanın öz istəyi olmalıdır. Futbolda hər şey mümkündür. Biz İtaliya və Bolqarıstanla matçlarda xal qazanmağa yaxın olmuşuq…

 

– İtaliya ilə oyundan öncə keçirilən mətbuat konfransında belə oyunlardan dərs çıxarmalı olduğunuzu demişdiniz. İndi hansı dərsləri çıxartdınız ki, Xorvatiya ilə oyunlarda bu bizə kömək ola bilər?

 

– Biz daha çox hücumameylli oynamalıyıq. Standard vəziyyətlərdə daha çox diqqətli olmalıyıq. Həmçinin hücumlar zamanı rəqib qapıçısına bir qədər də yaxın olmalıyıq.

COMMENTS