Bu taksi şirkətləri qiymətləri qaldırdı

Son vaxtlar Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin qiymətlərində artım müşahidə olunur.

Dosye.org  bu ilin aprel ayında taksi şirkətlərinin metronun “Elmlər Akademiyası” stansiyasından “Nəriman Nərimanov” stansiyasına qədər olan məsafəyə təyin etdikləri qiymətlərlə hazırkı qiymətləri müqayisə edib.

7 ay ərzində taksi şirkətləri arasında fərq aşağıdakı kimidir:

“Salam taksi” (*9933) – 3.17 manat (Aprel ayında 3,0 manat)

“Ulduz taksi” (*5000) – 3.83 manat (Aprel ayında 3,70 manat)

“Uber X” – 3.87 manat (Aprel ayında 3,48 manat)

“Bonus taksi” (*8111) – 4.10 manat (Aprel ayında 3,80 manat)

“Ailə taksi” (*8555) – 4.20 (Aprel ayında 3,80 manat)

“Taksi24” (*2424) – 4 manat (Aprel ayında 3,90 manat)

OK taksi (*3003) – 4 manat (Aprel ayında 3,90 manat).

Qeyd edək ki, uzaq məsafələrdə qiymət artımı özünü daha qabarıq göstərir.

Dosye.org

COMMENTS