“Söz tapa bilmirəm. Rəqibin 1 şansı oldu, bundan da yararlandı. Heç kim onların qol vuracağını gözləmirdi”.
Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib. “Bild” nəşrinə danışan “Aue”nin yarımmüdafiəçisi II Bundesliqanın XVIII turunun “Haydenhaym”la oyununda (1:1) qələbəni əldən verdiklərinə təssüfləndiyini bildirib:
“Sevgilimlə tətilə yollanmışam. Bunu belə tez həzm edə bilmərəm. Mənə bir neçə gün lazımdır ki, heç-heçəni qəbul edim. Biz qələbəyə layiq idik. Xal itkisi tətil əhval-ruhiyyəsini korladı”.
Qeyd edək ki, “Aue” qış fasiləsinə 23 xalla 12-ci pillədə yollanıb.
Dosye.org
COMMENTS