“Əsas hədəfimiz pley-ofa vəsiqə qazanmaqdır. “Qarabağ”la matçda da bu oyundakı kimi aqressiv olub qələbə qazanmağa çalışacağıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Roma”nın baş məşqçisi Eysebio di Françesko İtaliya A Seriyasının 15-ci turunda SPAL üzərində 3:1 hesablı qələbədən sonra deyib. Təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçirəcəkləri görüşdən də danışıb: “Bu oyun qarşıdakı matça hazırlığımızı görmək baxımından yaxşı şans oldu. Kimin meydana çıxmasından asılı olmayaraq, bu nəticəni “Qarabağ”la oyunda da təkrarlamalıyıq”.
Qeyd edək ki, “Roma” – “Qarabağ” oyunu dekabrın 5-də İtaliyada keçiriləcək. Bakıdakı görüşdə Ağdam klubu 1:2 hesabı ilə uduzub.
Dosye.org
COMMENTS