“Bütün Azərbaycanın diqqəti cəbhədədir” – Füzuli Məmmədov

“Bütün Azərbaycanın diqqəti cəbhədədir” – Füzuli Məmmədov

“İndiki vəziyyətdə oyun haqqında danışmaq çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür”.

Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sabah”a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

O, indiki vəziyyətdə futbolçuları matça kökləməyin çətin olduğunu bildirib: “Oyun qurtarıb, yenə diqqətimiz cəbhədədir. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza qüvvət versin. Bu gün qələbə qazandıq, amma əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq. Oyuna gəlincə, çətin olacağını bilirdik. Rəqibi analiz etmişdik, “Sabah”ın heyətində yaxşı futbolçular var. Futbolçularımız tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışdılar, meydanda döyüşdülər. Onlari təbrik edirəm”.

43 yaşlı mütəxəssis Rener Alvesə şans verməməsi barədə bunları bildirib:: “Mertin üstünlüyü oyun praktikasının daha çox olmasındadır. Rener perspektivli futbolçudur, amma onun çempionat və komandanın səviyyəsinə uyğunlaşması üçün vaxt lazımdır. Onu gələcək üçün planlaşdırmışıq”.

DOSYE.ORG

COMMENTS