“Bütün Millət Məclisi dağıdılmalıdır”

“Bütün Millət Məclisi dağıdılmalıdır”

“Millət Məclisi xalq adına heç nə etməyib, hamısını dağıtmaq lazımdır”

Hafta.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, bunu Miras Partiyasının sədr müavini Armen Martirosyan deyib. Martirosyan bildirib ki, hazırda prezident postu da daxil olmaqla bütün hakimiyyət strukturları xalqa xidmət etmir:

“Sarkisyanın əmri ilə Qagik Sarukyanın millət vəkili statusu əlindən alınıb. Soruşmaq istəyirəm ki, Serjik, sən bu xalq üçün nə etmisən? Sənin deputatların xalqın gözünə “kül üfürür”. Heç bir iş görmürlər. Bütün Millət Məclisi dağıdılmalıdır. Ermənistan parlamenti hazırda iflic vəziyyətə düşüb. Tək Sarukyan yox, parlamentin yarısı iclaslara qatılmır. O zaman Sarukyanın qatılmamasını bəhanə edib çıxarmaq haqda göstərişinizi digərlərinə də şamil edin”.

Xatırladaq ki, Ermənistan müxalifətinin liderlərindən olan Qagik Sarukyan Millət Məclisi mandatından məhrum edilib. Sarukyan isə mediaya açıqlamasında bunu prezident Serj Sarkisyanın təşkil etdiyi bəyanatını verib.

Ermənicədən tərcümə etdi:

Tural Turan, Hafta.az

COMMENTS