Jurnalist Cəfər Cəfərov XALQ.AZ -ın redaktor vəzifəsindən istefa verib. Bu barədə Jam.az-a redaksiyada çalışan əməkdaşlardan biri məlumat verib.
Onun sözlərinə görə, redaktor harada çalışacağını deməyib.
Mövzu ilə bağlı Jam.az-ın əməkdaşı Cəfər Cəfərov ilə əlaqə saxlayıb. O, xəbəri təsdiq edib və saytdan könüllü ayrıldığını deyib: “Buna qədər uzun müddət müxbir və redaktor kimi “Cənub Xəbərləri” qəzetində çalışmışdım. Hesab edirəm ki, XALQ.AZ-da çalışdığım müddətdə də böyük uğurlar əldə etdik. Xalq İnformasiya Agentliyi 2011-ci ildə Zaur Mirzə-zadə tərəfindən yaradılıb, təsisçi özüdür. Ona görə də fikirləşdim ki, bir az da öz şəxsi layihələrim üzərində düşünüm. Yəni oradan ayrılmağım sırf şəxsi layihələrimlə bağlı oldu “.
“Zaur Mirzə-zadə ilə aranızda hər hansı bir problem yaşanmayıbmı” sualına isə o, belə cavab verib: “Biz Zaur Mirzə-zadə ilə təkcə həmkar yox, həmdə dostuq. Xalq.az-dan getməyim Zaur Mirzə-zadə ilə münasibətlərimizə heç bir təsir etməyəcək. Səmimi şəkildə razılaşıb bu qərarı verdim”.
Qeyd edək ki, Cəfər Cəfərov uzun müddət “Cənub Xəbərləri” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ilin noyabr ayından Xalq İnformasiya Agentliyinin redaktor vəzifəsini icra edirdi.
COMMENTS