Cəlal Hüseynov milliyə çağırıldı

Cəlal Hüseynov milliyə çağırıldı

Bolqarıstan “Arda”sında çıxış edən Cəlal Hüseynov Azərbaycanın U-21 millisinə çağırılıb.

QOL.az xəbər verir ki, bu barədə “Arda”nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı müdafiəçi Azərbaycan U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Ukraynaya qarşı keçirəcəyi matçlar üçün yığmaya dəvət olunub.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də İngiltərə ilə, martın 26-da isə Ukrayna ilə üz-üzə gələcək. Hər iki görüş “Azərsun Arena”da olacaq.

COMMENTS