Bolqarıstan çempionatında 14-cü turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, Azərbaycanın millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” doğma meydanda “Ludoqorets”lə (Razqrad) qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.
C.Hüseynov görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, 61-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Arda” 23 xalla 6-cıdır. Siyahıya 30 xalla “Lokomotiv” (Plovdiv) başçılıq edir.
COMMENTS