Top.Mail.Ru

Cəlil Xəlilov haqqında yayımlanan məqalə həqiqəti əks etdirmir- İDDİA

Cəlil Xəlilov haqqında yayımlanan məqalə həqiqəti əks etdirmir- İDDİA

Son günlər bəzi internet saytlarında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovla və tanınmış jurnalist Üzeyir Cəfərovla  bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc edilir.

Dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, ölkədə tanınmış və eyni zaman da böyük hörmət sahibi olan C. Xəlilov bəzi qüvvələr tərəfindən şantaj edilir. Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş, ömrünü Vətənə, elinə həsr edən vətənpərvər şəxsi ləkələmək sözünhəqiqi mənasında qəbuledilməzdir. Çox istərdik ki, saytlar KVİ qanunlarına riayət etsin və hörmətli ziyalılarımız haqqında böhtan, yalan informasiyalar dərc etməsinlər. Polkovnik ağsaqqal və vətənpərvər mövqeyi ilə çıxış etdiyi məlum olsada, onun fikirləri tərif olunur və cəmiyyət arasında çaşqınlıq yaratmağa hesablanır.

Məsələ ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovla telefon əlaqəsi yaratdıq. Dosye.org-a açıqlama verən C. Xəlilov, şantaj xarakterli məlumatlardan narahat olmadığını bildirdi. Onun sözlərinə görə, müəyyən şəxslər polkovniki hədəf götürərək media vasitəsi ilə ona təziyiqlər edir.

Dosye.org olaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun fikirlərinə hörmətlə yanaşılsın.

DOSYE.ORG

COMMENTS