Dosye.org saytın da Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru haqqında yayımlanan tənqidi məqalədən sonra saytımızın elektron poçtuna rayon sakinlərinin şikayəti durmadan daxil olur. Nəzərinizə çatdıraq ki, Cəlilabad rayonunda baş verən qanun pozuntuları aidiyyətli qurumlara ünvanlamaqla yanaşı saytımız tərəfindən diqqət mərkəzində saxlanılır. Rayon sakini Süleymanov Mail İsmayıl oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslimova ünvanladığı müraciəti oxucularımızın ixtiyarına veririk:
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab S. Müslümova Cəlilabad rayonunun Hamarqışlaq Ərazi Nümayəndəliyinin İncilli kənd sakini Süleymanov Mail İsmayıl oğlu tərəfindən şikayət məktubu
Bildirirəm ki, qeyd etdiyim ünvanda yaşayıram, ümumilikdə 7 nəfərdən ibarət ailənin başçısıyam. Sosial yardım almaq üçün sənədlərimi ƏƏSMM nazirliyinin Cəlilabad rayon şöbəsinə verdim, müfəttiş Füzuli Cəfərov mənim evimə baxış keçirdikdən sonra mənə 161 manat sosial yardım təyin edilsə də 2015 ci ilin aprel ayından həmin sosial yardım dayandırılmışdır. Mən bunun səbəbini soruşduqda Füzuli Cəfərov dedi ki, hara istəyirsən şikayət eədə bilərsən onsuzda məndən soruşacaqlar.
Cənab Nazir!
Bildirirəm ki, sosial yardım əslində elə mənə düşməlidir. Cəlilabadda elə bizim ərazimizdə imkanlı, avtomobili yüksək səviyyədə yaşayan insanlara sosial yardım verildiyi halda mənim kimi kasıb, imkansız adama niyə sosial yardımın verilməsi dayandırılır? Xahiş edirəm mənə verilmiş sosial yardımın araşdırılaraq bərpa edilməsinə köməklik edəsiniz.
İmza: Süleymanov Mail İsmayıl oğlu
P.S. Dosye.org saytını məhkəmə ilə hədələməkdənsə, bu cür neqativ halları aradan qaldırın. Prezidentimizin vətəndaşlara göstərdiyi qayğıya, sosial yardımına göz dikməyin. Əks təqdirdə bizim mübarizəmiz davam edəcək.
COMMENTS